Minlərlə İnternet istifadəçisi "təslim olaraq" əllərini qaldıran suriyalı uşağın fotosunu paylaşıb - amma biz bu foto haqqında nə bilirik?
Onu paylaşanlar uşağın gözlərindəki qorxuya görə təsirlənib: o sanki tapançanın lüləsi ilə üzləşib. Təbii ki, o, lüləyə deyil, kameraya baxır. Amma bu təsiredici fotonu kim, necə çəkib?
Publika.az-ın məlumatına görə, BBC Trending həmin fotoqrafı tapıb və bu sualı ona verib.
Hər şey ötən həftənin çərşənbə axşamı Qəzzada yaşayam fotojurnalist Nadia Abu Şaban fotonu Twitterdə paylaşandan sonra başladı. Şəkil mikrobloq şəbəkəsində tez yayıldı.
"Əməlli-başlı, hönkür-hönkür ağlayıram", "çox kədərli", "insanlığın iflası", kimi şərhlər yazıldı.
Şabanın ilk tvitini 11 000-dən çox adam paylaşıb. Cümə günü foto Reddit saytında paylaşılandan sonra yenidən populyarlaşdı, 1600-dən çox şərh yazıldı.
Hər iki şəbəkədə fotonun saxta və ya təşkil edilmiş olması barədə ittihamlar ortaya çıxmağa başladı. Twitterdə çoxu fotonun müəllifinin kim olduğunu, fotonun nəyə görə istinadsız paylaşıldığını sual etdi.
Abu Şaban fotonu özü çəkmədiyini bildirsə də, müəllifin kimliyi barədə xəbərsiz olduğunu dedi. İmgur fotopaylaşma saytında bir istifadəçi həmin fotonu qəzet məqaləsində tapıb və fotonun həqiqi olduğunu deyib. Eyni zamanda o, fotonun "haradasa 2012-ci ildə" çəkildiyini və uşağın oğlan olduğunu bildirib. Həmin mesajda deyilir ki, şəklin müəllifi türk fotojurnalist Osman Sağırlıdır.
Foto haqqında məlumatları yoxlamaq üçün BBC Trending hazırda Tanzaniyada işləyən Sağırlı ilə danışıb. Məlum olub ki, fotodakı uşaq əslində oğlan deyil - dörd yaşlı, Hudea adlı qızdır. Şəkil Suriyadakı Atmeh qaçqınlar düşərgəsində, ötən ilin dekabr ayında çəkilib. Hudea Türkiyə ilə sərhədin yaxınlığında yerləşən düşərgəyə anası və bacı-qardaşları ilə gəlibmiş. Onlar Hama şəhərindən 150 kilometrlik yol gediblərmiş.
"Mən telefoto obyektivindən istifadə edirdim, o isə elə bildi ki, silahdır", Sağırlı deyir. "Fotonu çəkəndən sonra gördüm ki, uşaq bərk qorxub çünki o, dodaqlarını dişləyib əllərini qaldırmışdı. Adətən uşaqlar qaçıb gedirlər, ya da üzlərini gizlədirlər, yaxud da kameranı görən kimi gülümsəyirlər".
Fotoqraf deyir ki, düşərgələrdə yaşayan uşaqların fotoları xüsusilə güclü və ifşaedici olur. "Düşərgələrdə köçkün adamların olduğunu bilirsən. Amma əsl hissləri uşaqlar məsumluğu ilə göstərir", - o deyir.
Foto ilk olaraq "Türkiyə" qəzetində, yanvarda çap olunub. Osman Sağırlı 25 il bu qəzetdə çalışıb, müharibə və təbii fəlakətlərdən fotoreportajlar göndərib. Yanvarda türkdilli sosial media istifadəçiləri bu fotonu geniş paylaşsa da, ingilisdilli istifadəçilərin nəzərinə ancaq indi çarpıb.
Milli.Az
Maraqlı
Fotoaparatı silah bildi - 4 yaşlı uşağın urəkdağlayan hekayəti
1 Aprel 2015 22:24
0 Şərh
Baxış: 3 028
DİGƏR XƏBƏRLƏR
- Ən çox aldadılan və xəyanətə uğrayan 4 bürc
- Roza Zərgərli bu şəxslərin toyuna pulsuz gedir - VİDEO
- Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR? - VİDEO
- Ələsgər Məmmədoğlunun həyat yoldaşı: "Oğlumuzun toyunda gözüm qapıda qaldı" - VİDEO
- Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
- Serenayla Mert ilk dəfə əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
XƏBƏR LENTİ
- Azərbaycanda dövlət orqanlarının təsnifatı genişləndirilir
- “Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki..."
- Ən çox aldadılan və xəyanətə uğrayan 4 bürc
- İrəvanda bacı müzakirələri
- Yeni dövlət rüsumu müəyyənləşir
- Sabah Bakıda 29° isti olacaq
- Bu şəxslərə birdəfəlik kompensasiya ödəniləcək
- Körpələr evində qanunsuzluq - cinayət işi başlandı
- Xaricdən aşağı keyfiyyətli siqaretin gətirilməsinin qarşısı alınacaq – Yeni QANUN
- Azərbaycanda bu məhsul ucuzlaşdı
- "1 milyard və ya 2 milyard avro" - "Bayer 04"ün baş direktoru
- Roza Zərgərli bu şəxslərin toyuna pulsuz gedir - VİDEO
- 38 qol vuran Aysun Seydiyeva: “Oğlanların çoxu belə deyil” - MÜSAHİBƏ - VİDEO
- "Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir?"
- Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq
- Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” işi üzrə dinləmə keçirilir
- Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar
- "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü - FOTO
- Velosipedi belə oğurladı - ANBAAN VİDEO
- Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR? - VİDEO
- Ələsgər Məmmədoğlunun həyat yoldaşı: "Oğlumuzun toyunda gözüm qapıda qaldı" - VİDEO
- Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
- Bakı və Moskva yeni siyasətə başlayır
- Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - FOTOlar