Maraqlı

Bir toyda üç oxşar gəlin - FOTO

1 Aprel 2015 10:35
1 Şərh     Baxış: 3 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rafaella, Reyçel Teqyen Bini bacılarının toyu bir gündə olub. 29 yaşlı üçəm bacıların Braziliyanın Passo Fundo şəhərindəki toylarındakı qonaqlar çaş-baş qalmışdılar. Çünki bir toyda üç gəlin vardı, üstəlik, gəlinlər sanki bir-birlərinin surətləriydi.
 

Milli.Az El Mundo-ya istinadən bildirir ki, eyni paltar, saç düzümü və makiyajı seçmiş gəlinləri üç təzə bəy səhv salmaqdan qorxub.

Təzə bəylər Rafael, Qabriel Eduardo deyiblər: "Həqiqətən də, onları ayrıd etmək çətindir".
 

Rafaelanın əri Rafael isə söyləyib: "Hə də, qorxurduq. Çünki Rafaela indiyədək dəfələrlə mənimlə zarafat edib. Bir neçə dəfə görüşə onun bacısı Reyçel, bir-iki dəfə də Teqyen gəlmişdi".
 

Üçəm bacıların valideynləri Pedro Saletinin dediklərinə görə, çox sevinirlər: "İlk övladımız, qızımız Lizilidən sonra doğulmuş üçəm qızlarımızın bu bəxtəvər gününü gördük. Tanrıya şükür edirik".
 

Üçəm bacıların nikah mərasimi Passo Fundo şəhərindəki Nosa Senyora Aparesida kilsəsində olub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.