Maraqlı

Əsl dayı qəhrəmanlığı - FOTO

30 Mart 2015 18:25
0 Şərh     Baxış: 4 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyor Cessi Neqi artıq "qəhrəman dayı" kimi tanınır. O, bacısı qızı İzzini cəsarətləndirmək üçün qadın paltarı geyinməkdən çəkinməyib.
 

Milli.Az The Mirror-a istinadən bildirir ki, ABŞ-ın Alabama ştatındakı Florens şəhərində yaşayan 26 yaşlı Cessi Neqinin bacısı qızı, 4 yaşlı İzzi "Sindrella" animasiya filminə baxmaq üçün kinoteatra getmək, özü də Sinderella paltarı geymək istəyirdi. Amma balaca qız paltarı geyib küçəyə çıxmaqdan çəkinirdi.
 

"Qorxuram! Orada belə paltarda tək mən olacağam!" - İzzi deyirdi.
 

İzzini cəsarətləndirmək üçün C.Neqi də çarəni Sinderella donuna bənzəyən paltar tapıb geyinməkdə gördü.
 

İzzi də dayısını bu paltarda görüb cürətlənib və Sinderella paltarı geyərək Cessi ilə birlikdə kinoteatra gedib.
 

"İzzini çox sevirəm və onu sevindirmək üçün əlimdən gələni etmək istədim. Məni bu görkəmdə görənlərin nə düşündükləri önəmli deyil", - Cessi Neqi deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.