Maraqlı

Bu mənzərə milyonları kövrəltdi - VİDEO - FOTO

30 Mart 2015 11:58
1 Şərh     Baxış: 3 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada yaşlı qadının dəfn mərasimində çəkilmiş fotolar və video ölkədəki milyonlarla insanın qəlbini riqqətə gətirib.

Yukatan ştatının sakini Marqarita Suares Merida martın 15-də dəfn olunub.
 

Evsiz-eşiksiz heyvanları, xüsusilə də itləri, pişikləri və quşları yemləyən, şəfqətli və rəhmdil xanım olan donya Marqaritanın dəfninə onun ailə üzvləri, qohumları və qonşuları gəlmişdilər.
 

Milli.Az El Mundo-ya istinadən bildirir ki, az sonra kilsəyə bir zamanlar Marqarita Suares Meridanın yemlədiyi, acından ölməkdən qurtardığı itlər və quşlar da gəliblər.
 

Onlar şəfqətli xanımla vidalaşırdılar.
 

Donya Marqaritanın qızı Patrisiya Urrutia deyib: "Anam hər səhər evdən əlində çörək, ət və buğda dolu kiçik çanta ilə çıxardı. O, sahibsiz heyvanları, quşları yemləməkdən həzz alırdı. Anamın dəfnində heyvanların onunla vidalaşması bizi yaman kövrəltdi".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.