Maraqlı

Türkiyə şokda: Qətər əmirinin ikinci arvadı üçün... - FOTO

29 Mart 2015 17:10
1 Şərh     Baxış: 4 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qətər əmiri şeyx Təmim əl Həmad əs Sani ikinci arvadına Türkiyənin ən bahalı evini satın alıb.

Bu ev İstanbuldakı "Eröilgin Yalısı" kimi tanınan malikanədir.
 

Milli.Az Hürriyet-ə istinadən bildirir ki, əmirin 100 milyon avro ödədiyi malikanə qətərli biznesmen Əbdülhadi Mana əl Həcrinin adına rəsmiləşdirib.

Malikanənin əsl sahibi, daha doğrusu, sahibəsi isə Qətər əmiri şeyx Təmim bin Həmad əs Saninin ikinci arvadı şeyxa Ənud binti Mana əl Şəcridir.

Türkiyənin ən bahalı malikanəsinin adına rəsmiləşdirildiyi Əbdülhadi Mana əl Həcri əmirin ikinci arvadının atası, əvvəllər Qətərin İordaniyadakı səfiri olub.
 

Qətər əmirinin 2009-cu ilin martın 3-də evləndiyi 25 yaşlı Ənud binti Mana kraliça statusuna malikdir. O, Nəyla, Abdulla Rodha adlı 3 övlad anasıdır.
 

Əmrin ikinci arvadı üçün satın alınmış malikanə 1880-ci ildə Türkiyə şahzadəsi Burşanəddin Əfəndi üçün tikilmişdi.

Bu binanı 1985-ci ildə "ERG İnşaat" şirkətinin sahibi Nureddin Erbiljin satın almışdı. 5800 kvadrat metrlik malikanə Türkiyənin ən bahalı, dünyanın isə 4-cü ən dəyərli yaşayış evi sayılır.
 

Qətər əmirinin bu malikanəni satın alması Türkiyənin daşınmaz əmlak bazarında şok effekti yaradıb.
 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.