Maraqlı

İlk dəfə pakistanlı uşaq... - FOTO

29 Mart 2015 20:38
0 Şərh     Baxış: 1 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur geyim və aksessuar brendlərindən sayılan "Burberry" (Britaniya) tarixində ilk dəfə olaraq yeni kolleksiyasının reklamında pakistanlı uşağa yer verib.
 

Milli.Az bildirir ki, "Burberry"nin bu ilin bahar-yay kolleksiyasının kiçik ulduzlarından biri 5 yaşlı pakistanlı Layla Naimdir.

Naimin anası, model Sadya Siddiqi qızının debütünə sevinib.
 

"Qızım "Frozen" animasiya filminə baxmağı, Teylor Sviftin "Shake It Off" mahnısına qulaq asmağı, qaynar şokolad içməyi və qardaşı ilə oynamağı sevir. Onu "qarasaçlı Rapunzel" adlandırırıq", - S.Siddiqi söyləyib.
 

5 yaşlı Laylanın fotoları "Burberry"nin İnstagram-dakı profilində ən çox bəyənilən fotolar arasındadır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.