Maraqlı

Qatarı kəndirlə dartır

29 Mart 2015 12:23
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qeyri-adi gücə malik bu insan ağır texnikanın görə biləcəyi işi görür

Təqdim edəcəyimiz süjetin qəhrəmanı qeyri-adi gücə malikdir, ağır texnikanın görə biləcəyi işi görür. Kəpəz TV (Region TV) xəbər verir ki, yaşadığı kənddə işə düşməyən avtomobilləri hərəkət etdirib mühərrikini işə salmaq, ağır yükü qaldırmaq yalnız ona həvalə olunur.

Hər hansı idman növü ilə məşğul olmayan 29 yaşlı gənc, Ülvi Cabbarov Ağstafanın Köçəsgər kəndində yaşayır. İki uşaq atası olan kənd sakini bir neçə il öncə özündə qeyri-adi güc olduğunu hiss edib. Bundan sonra o, 184 ton çəkisi olan elektrovozu bir neçə metr hərəkət etdirməklə yerli sakinləri təəccübləndirib. Avtoyuma məntəqəsində çalışan Ülvi Cabbarov normal şərait olmadığından bu bacarığını üzə çıxara bilmədiyini deyir. O, məşq edəcəyi təqdirdə təyyarə çəkmək gücündə olduğunu da bildirir.

29 yaşlı Köçəsgər kənd sakini ailədə yalnız atasında belə gücün olduğunu, elə ona da irsən keçdiyini bildirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.