Maraqlı

Bu riyaziyyat müəllimi dünyaca məşhurlaşdı - FOTO

29 Mart 2015 13:44
0 Şərh     Baxış: 3 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

London Universitet Kollecində riyaziyyatdan dərs deyən 25 yaşlı Pyetro Boselli model karyerasına başlayıb.

Boselli sosial şəbəkələrdə "dünyanın ən məşhur riyaziyyat müəllimi" sayılır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əslən İtaliyanın Neqrar şəhərindən olan P.Boselli fitnes və bodibildinqlə məşğul olur.

Onun sosial şəbəkələrdəki profillərində paylaşdığı fotoları "Giorgio Armani" brendinin dizaynerləri görüblər və müəllifi model qismində əməkdaşlığa dəvət ediblər.
 

Pyetro da pedaqoji fəaliyyətinə son qoyaraq model karyerasına başlayıb.
 

Universitet tələbələri isə bundan narazıdırlar. Onlar Bosellinin riyaziyyat müəllimi qismində işini davam etdirməsini istəyirlər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.