Maraqlı

Bədəninin yarısını eşqinə qurban verdi - FOTO

29 Mart 2015 11:31
0 Şərh     Baxış: 5 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Onu indi sosial şəbəkələrdə "bədəninin yarısını qurban verən adam" adlandırırlar. Təbii, bu ifadədə yanlışlıq və ifrat təhkiyə var, çünki haqqında bəhs edəcəyimiz şəxs bədəninin yox, çəkisinin yarıdan çoxunu itirib.

Daha doğrusu, həmin kiloqramlardan qurtulub.
 

Amerikalı Brayan Fleminq britaniyalı Ceki Estemlə tanış olandan sonra bu qadına vurulub. Cekini sevən Brayan həyatını dəyişmək qərarına gəlib.

Və beləcə, arıqlamaq, izafi çəkidən qurtulmaq üçün pəhriz saxlamağa, məşq etməyə başlayıb.

285,76 kq çəkiyə malik Brayan qətiyyəti, iradəsi və inadı sayəsində ciddi şəkildə arıqlayıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, 177,8 kiloqramdan qurtulub.

Həddən artıq ağır çəkili, tosqun insan olan Brayan Fleminq fastfud və spirtli içkilər "tutqunu" idi. O, çətinliklə yerimək bir yana - güclə nəfəs alırdı.

Piylənmə və tosqunluq nəticəsində onun qat-qat sallanan ətlərinin arasındakı dərilərdə ekzema, qaşınma başlamışdı.

Gündə ən azı 7 min kalorilik yemək yeyən Brayan arıqlamaq istəsə də, bacarmırdı.
 

"Bu kiloqramlardan qurtulmaq istəyirdim. Hər dəfə "Artıq yetər, pəhrizə başlayıram!" desəm də, iradəsiz davranırdım və qətiyyətim çox çəkmirdi. Lakin Facebook-da Ceki ilə tanış olandan sonra həyatım dəyişdi. Cekinin mənim kimi "kvadrat", eni ilə uzunu bir olan insandan xoşlanması mənimçün qəribə idi. Sonra başa düşdüm ki, mənə ürəyi yanırmış. Hadisələrin belə axarı ilə qətiyyən razılaşmadım və arıqlamaq qərarına gəldim. Pəhriz, məşqlər, idman - geri çəkilmək, dayanmaq niyyətim yoxdu. Sevgim mənə güc verdi", - Brayan söyləyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.