Maraqlı

Şok: bodibildinq onu bu günə saldı - FOTO

29 Mart 2015 10:54
0 Şərh     Baxış: 7 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bodibildinqlə məşğul olanların sayı durmadan artır. "Dəmir əzələli" bədənə malik olmaq istəyənlər arasında normal məşq edənlər, sağlam rasionla qidalananlar varsa da, məqsədə çox qısa müddətdə çatmaq üçün ən müxtəlif anabolik steroidlərdən və qeyri-sağlam qidadan yararlananlar, əfsuslar olsun ki, əksəriyyət təşkil edir.

İngiltərənin Mançester bölgəsindəki Roçdeyl şəhərinin sakini, 39 yaşlı Din Uormbi də əzələlərinin kütləsini və ölçülərini maksimal sürətlə artırmaq üçün sutkada 10 min kalori yemək yeyir, pizza və fastfudla qidalanmağa üstünlük verir, energetik içkilər içirdi.

Bütün bunların nəticəsində onun qaraciyərində xərçəng şişi yarandı.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, trenajor zalındakı bodibilderlərin və dostlarının "Dəmir Din" adlandırdıqları Din həkimlərin diaqnozundan sonrakı 3 həftə ərzində sanki şam kimi əriməyə başladı.
 

İndi onu görənlər çətinliklə tanıyırlar.
 

Dərisinin altında əzələləri oynayan, cüssəli, əzələli Din Uormbi indi sınıxmış, həddən ziyadə arıqlamış, gözlərinin nuru getmiş vəziyyətdədir.

Din indi çox peşmandır. Amma gecdir və itirilmiş sağlamlığı geri qaytarmaq mümkün deyil.
 

Həkimlərin dediklərinə görə, Din ölüm ayağında idi. Qeyri-sağlam qidalanma, fastfud yeməkləri, pizzalar, hamburgerlər, kartof-fri, Coca-Cola və s., habelə protein kokteylləri, əzələ kütləsini süni şəkildə artırmaq üçün anabolik preparatlar, steroidlər Din Uormbinin orqanizmini "içdən" çürütmüşdü.

"İndi ölməmək üçün pəhriz saxlayır, sağlam qidalanmağa çalışıram. Nə qədər yaşayacağımı bilmirəm. Bodibildinqlə məşğul olanda etdiyim səhvlərin, ambisiyalarımın, "mümkün qədər tez, mümkün qədər böyük əzələlər" həvəsinin acısını çəkirəm. Lütfən, mənim səhvlərimi kimsə təkrarlamasın", - Din Uormbi bildirib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.