Maraqlı

Məşhur aparıcıya görə telekanal rəhbərini ölümlə hədələdilər - FOTO

29 Mart 2015 10:02
0 Şərh     Baxış: 2 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın BBC teleradiokorporasiyasının baş direktoru Toni Holl "Top Gear" proqramının aparıcısı Ceremi Klarksonun işdən çıxarılması ilə bağlı ölüm təhdidləri alıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hazırda BBC-nin baş direktoru və onun xanımı Sintiyanı sutkaboyu cangüdənlər mühafizə edirlər.
 

BBC telekanalı dünən 54 yaşlı C.Klarksonla müqavilə müddətinin uzadılmaması barədə qərar verəndən 2 saat sonra Toni Hollu ölümlə hədələyiblər.
 

Skotland-Yardda bu fakt təsdiqlənib: "Faktla bağlı istintaq aparılır. Hələlik saxlanan və ya həbs edilən yoxdur. Təhdidlərlə bağlı məsələni cənab Hollun təhlükəsizliyinin təminatı ilə bağlı məqamlar baxımından şərh etmirik".
 

Toni Holl və onun xanımı Sintiyanı Britaniya ordusunun xüsusi təyinatlılar dəstəsinin sabiq çavuşları qoruyurlar. Onların işlərinin 1 sutkasının qiyməti təxminən 1100 funt-sterlinqdir.
 

Hazırda BBC-nin baş direktorunu 8 "kommandos" qoruyur.

BBC-nin kreativ direktoru Alan Yentob isə bəyan edib ki, "Top Gear" proqramının sabiq aparıcısının telekanala qayıdışını istisna etmir: "Lakin bu, indi yox, gələcəkdə olacaq".
 

Ceremi Klarkson martın 10-da "Top Gear"ın prodüseri Oşin Taymonla dalaşıb və onu döyüb. BBC araşdırma aparıb, davanın təşəbbüskarının Taymon olduğu bəlli olub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.