Maraqlı

Alpina-dan iki yubiley şedevri - FOTO

27 Mart 2015 22:45
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur Alpina şirkəti 50 illik yubileyini qeyd etməyə hazırlaşır və iki B5 Bi-Turbo və B6 Bi-Turbo Edition 50 xüsusi versiyalarını rəsmi təqdim edib. Bir sıra üslub dəyişikliləri və bir qədər də əlavə güc əldə edən avtomobillərdən cəmi 100 nüsxə buraxılacaq. Yubiley modellərinin başlanğıc qiyməti 86 500 funt sterlinq olacaq.

MilliAz 4charx.com-a istinadən bildirir ki, hər iki model Alpina şirkətinin 50 illik tarixində ən güclü və ən sürətli modellərdir. Modernizə edilmiş 4,4 litrlik tvin-turbo V8 mühərrik 600 a.g. və 800 Nm fırlanma anı hasil edir. Avtomobillər 0-100 km/saat sürətlənməyə 4,2 saniyə vaxt sərf edirlər. Onların maksimal sürəti saatda 330 kilometrdir.

Yubiley buraxılışı hər cür kuzov tipi ilə - sedan, universal, kupe, qrand kupe və kabriolet - təklif ediləcək.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.