Maraqlı

Qaraçıların milyonlarla dollarlıq villaları - FOTO

26 Mart 2015 12:40
6 Şərh     Baxış: 15 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın paytaxtı Buxarestin yaxınlığındakı Buzesku dünya qaraçılarının mərkəzi şəhəri sayılır.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, 800 evdən ibarət Buzesku qaraçılar üçün paytaxtdır. Buradakı evlərin qiymətləri 2-30 milyon dollar arasındadır.

Çox yöndəmsiz, zövqsüz, amma olduqca baha başa gəlmiş villalar arasında Rumıniyadakı qaraçıların "kral"ı Florian Çioabanın malikanəsi xüsusi yer tutur. Çiobanın "tayfa"sındakı 300 ailənin ən azı yarısının minimum 3 milyon dollarlıq villası var.
 

Çioaba ilə onun "tayfa"sının illik gəlirləri 300-400 milyon avrodur. Bu pullar qaraçıların kriminal və yarıkriminal gəlirlərinin ümumi məbləğinin 10 faizini təşkil edən "tayfa vergi"ləri, Rumıniyadan Qərbi Avropaya siqaret qaçaqmalçılığı, otel biznesi və ticarətdən əldə edilən pullardır.
 

Qaraçı milyonçularının Buzeskudakı villaları bahalı olduğu qədər də, zövsüz və sahibinin gəlirlərinin nümayişinə yönəlmiş tikililərdir. Məsələn, Florian Çioabanın villasının interyerinin "bəzədilməsi"nə 55 kq qızıl sərf olunub.
 

Fotoqraf Sebastyan Kuvelyenin Buzeskuda çəkdiyi fotoları təqdim edirik.
 

Bu fotolardakı evlər, həmin evlərin interyeri Azərbaycandakı bir para "şou-biznes ulduzları"nın "dəbdəbəli və yüksək zövqlü" villalarına bənzəyir, deyilmi?

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.