Maraqlı

730 at güclü S302 Black Label - FOTO

27 Mart 2015 20:45
0 Şərh     Baxış: 1 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qarşılaşdığı maliyyə çətinliklərinin öhdəsindən gəlməyi bacarmış məşhur Saleen Automotives emalatxanası özünün yeni layihəsini - 2015-ci model ilinin 730 at güclü S302 Black Label kupeni rəsmi təqdim edib. Yeni model yeni nəsil Ford Mustang modeli əsasında hazırlansa da çoxlu fərqləndirici özəlliklərə sahibdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, ilin başlanğıcında praktiki olaraq bütün dünya avtomobil dərgiləri Stiv Salinin məşhur kontorunun iflasın bir addımlığında olduğunu yazırdı. Görünür emalatxana öz problemlərini uğurla həll edə bilib.

Ekstremal Saleen S302 Black Label 2015 kupe kuzov üçün "Kaliforniyada qürub çağı" adlı unikal narıncı-sarı rəng çaları, yenilənmiş aerodinamik asma və fantastik 730 at gücü əldə edib. Saleen şirkəti təmsilçilərinin fikrincə Saleen S302 Black Label 2015 bu gün "ən güclü Ford Mustang istehsal versiyasıdır".

Saleen S302 Black Label 2015 tamamilə yeni aerodinamik asma əldə edib. Onun bütün komponentləri karbondandır. Avtomobilin salonunda da ən yüksək keyfiyyətli materiallardan - dəridən və zamşdan istifadə edilib.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.