Maraqlı

Şərab insanı gözəlləşdirir

5 Mart 2015 15:25
4 Şərh     Baxış: 2 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Alkoqol insanın göz bəbəklərini böyüdür, üzə daha çox qan getməsini təmin edir. Bundan başqa üz əzələlərini süstləşdirir və insana daha cazibədar görkəm verir.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, şərab haqqında belə maraqlı bir faktı Bristol universitetinin alimləri aşkara çıxarıblar.

Alimlər deyirlər ki, şərabın faydasını görmək üçün cəmi bir qədəhlə kifayətlənmək lazımdır.

Tədqiqatçılar universitetin tələbələrindən xahiş ediblər ki, fərqli ölçülərdə spirtli içki qəbul etsinlər. Həmin vaxt mütəxəssislər könüllülərin üz cizgilərinin fotosunu çəkiblər. Ayıq olan adamların alkoqolun təsirindən sonra da fotoları çəkilib. Sonradan fotolar əsasında onların üz cizgiləri qiymətləndirilib.

Məlum olub ki, cəmi bir qədər alkoqol qəbul edənlər daha cazibədar görünürlər. Ancaq sonrakı alkoqol porsiyasından sonra həmin cazibədarlıq itib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.