Maraqlı

Tehranda eybəcərləşmiş ABŞ səfirliyi - FOTO

5 Mart 2015 12:54
1 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1979-cu ilin noyabrın 4-də İranda radikal islamçılar ABŞ səfirliyinin binasını ələ keçirərək onlarla amerkialını girov götürmüşdülər.

Həmin ilin fevralında İranda İslam İnqilabı yaşanmışdı və şah Məhəmməd Rza Pəhləvi devrilmişdi.
 

Meksikaya qaçan şah 1979-cu ilin oktyabrında xərçəng şişinin müalicəsi üçün ABŞ-a giriş izni almışdı. Birləşmiş Ştatların şaha sığınacaq verməsi İranda antiamerikan əhval-ruhiyyəni daha da artırmışdı.
 

Və həmin ilin noyabrın 4-də özlərini "Müsəlman Tələbələr Təşkilatı"nın üzvləri adlandıran 400 nəfər ABŞ-ın Tehandakı səfirliyinə hücum çəkdi.

Diplomatik missiya 2 saat ərzində ələ keçirildi.
 

Təxminən 90 nəfər girov götürüldü. Qadınları, qaradərililəri və amerikalı olmayanları buraxan tələbələrin əllərində 52 amerikalı diplomat qalmışdı.

O dönəmdə ABŞ prezidenti olmuş Cimmi Karter İranın ABŞ banklarındakı bütün hesablarını dondurdu, energetika böhranına rəğmən İran neftinə embarqo qoydu, İranla bütün diplomatik əlaqələri kəsdi və ölkədəki bütün iranlı diplomatlara ABŞ-ı tərk etmək üçün 24 saat vaxt verdi.
 

Aprelin 24-də amerikalılar girovları xilas etmək üçün "Qartal caynağı" əməliyyatını həyata keçirməyə çalışsalar da, hər şey uğursuzluqla başa çatdı.

Fars Körfəzindəki "Nimitz" aviadaşıyıcı gəmidən Tehrandan 80 km aralıdakı məkana göndərilən 8 helikopterdən 2-si qum tufanına düşərək qəzaya uğradı, 8 kommandos həlak oldu.
 

Amerikalılar həlak olmuş hərbçiləri və texnikanı, silahı qoyaraq geri qayıtdılar.
 

1981-ci ilin yanvarında isə Əlcəzairdə Bəhzad Nəbavinin başçılıq etdiyi İran nümayəndə heyəti ilə ABŞ arasında aparılmış danışıqlarda 52 amerikalı girovun azad edilməsi ilə bağlı anlaşma əldə olundu.
 

Anlaşmaya görə, ABŞ İranın daxili işlərinə istənilən müdaxilədən əl çəkdi, İranın banklardakı 8 milyard dollarlıq avuarlarını dondurdu, İrana 400 milyon dollarlıq hərbi texnika və avadanlığı, habelə əvvəlki müqavilələr əsasında İranın aldığı 500 milyon dollarlıq malları Tehrana "bağışladı".

Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.