Maraqlı

Məşhur teleaparıcının arvadı getdi, depressiya başlandı - FOTO

4 Mart 2015 14:27
0 Şərh     Baxış: 3 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oğlum Alfredi, itimiz Bertanı da özü ilə apardı. Həyatımı apardı, yaşadığımız illəri, xatirələri də aparmaq istədi".
 

Britaniyanın ən məşhur komik, aktyor, yazıçı və teleaparıcılarından biri Devid Uolyams xanımı Lara Stoun ilə ayrılığından sonra Twitter-dəki profilində belə yazıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 43 yaşlı D.Uolyamsla xanımı, supermodel Lara Stoun 5 il davam edən ailə həyatından sonra ayrılıblar. 2013-cü ilin may ayında onların Alfred adlı oğulları dünyaya gəlmişdi.
 

Lara Stoun oğlunu, itini və əşyalarını da götürərək ailənin Londonun şimalındakı evini tərk edib.

D.Uolyamsla L.Stounun toyları 2010-cu ilin mayında Londondakı dəbdəbəli "Glaridge" otelində olmuşdu.

31 yaşlı Lara Stoun ayrılığın səbəbləri barədə heç bir açıqlama vermək istəmir.
 

Devid Uolyams da jurnalistlərlə danışmaq istəmir. Lakin onun dostlarının dediklərinə görə, komik ağır depressiyadadır.
 

Britaniya mediası onların boşandıqlarını yazsalar da, ailəyə yaxın insanlar bunu təkzib edirlər: "Devidlə Lara arasında kəskin mübahisə düşüb. Onlar artıq 6 aydır ki, gərgin münasibətlərdə idilər. Amma ümid edirik ik, hər şey yaxşı olacaq, Devidlə Lara barışacaqlar".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.