Maraqlı

Nəcis, leş və meyit yeyən rahiblər: onlar insan ətini sevirlər - FOTO

2 Mart 2015 16:55
5 Şərh     Baxış: 6 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onların dilləri qara rəngdədir, bellərinə zəncir bağlayıblar və heyvan leşləri ilə bahəm, meyit də yeyirlər.

Onlar aqhorilərdir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mərkəzləri Hindistanın Varanasi şəhəri olan aqhorilər leş və meyitlərlə yanaşı, nəcis xəndəklərində eşələnirlər. Onlar ən murdar, çirkin nəsnələri iştahla yeyirlər.
 

Bir də bu rahibləri hindusların cəsədləri yandırdıqları tonqalların ətrafında görmək olar.

Aqhori rahibi tonqalda yanıb külə çevrilməmiş cəsədin bir parçasını oğurlamağa çalışır. Niyyətinə çatan aqhori oğurladığı tikə ilə "karma ayini"ni icra edəndən sonra əti və sümüyü mütləq yeyir.
 

Aqhori rahibləri bədənlərinə insan külü sürtürlər və boyunlarına da insan sümüklərindən boyunbağı taxırlar. Sürəkli nəşə və tiryək çəkən, spirtli içkilər içməyi gərəkli və zəruri iş sayan aqhorilər cinsiyyət orqanlarına da zəncir bağlayır, bununla da ölənədək işləməyəcəklərinə işarə vururlar.

Aqhorilər nə isə içmək üçün quru insan kəlləsindən istifadə edirlər.
 

Bu rahiblər bədənlərinə qarmaq keçirirlər.

Aqhorilərin dillərinin qara rəngdə olmasına gəldikdə isə, onlar cəsədin yandırıldığı tonqaldan közü götürərək dillərinə sürtürlər.

Çünki aqhorilərin inancdarına görə, cəsəd ölmüş qadının ola bilər.
 

Aqhoriyə isə qadına əl vurmaq qəti qadağandır.

Dünyanı böyük məzar sayan aqhorilər özlərini və bütün insanları "yeriyən ölülər" sayırlar.
 

"Ölüm qaçılmazdır, deməli, ölmüşük. Həyat illüziyadır. Ölümdən pis heç nə ola bilməzsə və ölüm artıq baş veribsə, deməli, həyatda pis və ya yaxşı heç nə etmək olmaz", - aqhorilərin inancında deyilir.
 

Hindistan vətəndaşları aqhorilərdən çox qorxurlar. Onlar hesab edirlər ki, leş, nəcis və meyit yeyən aqhorilər "sidha"dır, onlar çirkab və paklıq arasında sərhəddi pozmaqla istədiklərini edirlər.
 

Aqhorilər hinduizmdə viranəlik və dağıdıcılıq tanrısı olan Şiva ilə ölüm tanrısı Kaliyə sitayiş edirlər.
 

Kalini razı salmaq üçün hər həftə bir leş yeyirlər. Nəşə və tiryəkə gəlincə, aqhorilər deyirlər: "Şivanın özü Kaylas dağında oturub nəşə çəkirdi və saçları ilə səmanı yaxlayırdı. Çirkab və iyrənclik yoxdur. Bu dünyanı tanrılar yaradıbsa, deməli, yaralışın hər hissəsi müqəddəsdir".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.