Maraqlı

Dünyanın ən böyük, ağır qızı odur? - FOTO

2 Mart 2015 11:17
1 Şərh     Baxış: 3 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onun çəkisi 18,5 kiloqramdır. 10 aylıq bu qız doğulanda normaldı, çəkisi də 4,08 kiloqramdı. Amma sonradan o, sürətlə kökəlməyə başladı və 4 aylıq olanda artıq 2 yaşlı uşaq boyda idi.
 

Milli.Az Daily Mail-ə sitinadən bildirir ki, Hindistanın şərqindəki Carkhand ştatındakı ailədə böyüyən Aliyə Səlim sürətlə kökəlir. Bu uşağı həyatı üçün çox təhlükəli kökəlmə və piylənmədən qurtarmaq, müalicə etmək üçün valideynlərinin pulu yoxdur.

Qızın anası, 25 yaşlı Şabana Pərvin deyir: "Aliyə anadan olandan cəmi bir neçə ay sonra sürətlə kökəlməyə başladı. İş o yerə çatdı ki, hər iki həftədən bir paltar almalı olduq".
 

Aliyənin atası, 28 yaşlı Məhəmməd Səlimin sözlərinə görə, qızı müalicə etmək istəsələr də, imkanları uşağı yalnız yerli xəstəxanaya aparmağa çatıb.
 

"Kənddəki həkim qızıma baxdı, amma onun dərdinə çarə tapmadı. Aliyəni Rançi şəhərinə apardıq. Orada da həkim başqa şəhərə getməyimizi məsləhət bildi. Amma buna pulumuz çatmadı.
 

Dehlidəki Fortis Hospital-ın pediatriya bölməsinin rəhbəri, professor Krişan Çaq deyir: "Aliyə indiyədək gördüyüm, 10 aylıq ən ağır uşaqdır. Onun belə vəziyyətdə olmasının səbəbi orqanizmindəki patoloji piylənmə və ya hormonal disbalans ola bilər".
 

Aliyə çox böyük və çox kök olduğundan anası Pərvin onu qucağında zorla saxlayır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.