Maraqlı

Gizli çəkiliş: "Aman Allah, İŞİD!" - VİDEO - FOTO

28 Fevral 2015 11:07
0 Şərh     Baxış: 4 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aman Allah, İŞİD! Onlar gəldilər! Səsini çıxarma! Bizi görərlər, öldürərlər! İşığı söndür! Məhəmməd, sakit dur!"
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İraqda yaşanıb.
 

Evdə olan iki kişi qəflətən yolla İŞİD-in maşın karvanının hərəkət etdiyini görüb. Onlardan biri yaşananları mobil telefonla çəkməyə başlayıb.

"Gəlirlər, bax! Aman Allah, bu nə maşındır belə?! Çox qəribə zirehli maşındır", - deyən şəxs yolla hərəkət edən terrorçuları smartfonla çəkən an avtomobillərdən biri karvandan ayrılıb və evə doğru hərəkət etməyə başlayıb.
 

Bu dəm telefon söndürülüb və çəkiliş dayandırılıb.
 

Ekspertlərin fikrincə, çəkiliş aparanların bəxti gətirib - İŞİD terrorçuları onları görməyiblər.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.