Maraqlı

Yeni Volkswagen Touran təqdim olundu - FOTO

28 Fevral 2015 22:45
0 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Volkswagen tam yeni Touran təqdim edib. Miniven Cenevrə avtosalonunda nümyiş etdiriləcək.

Modelin uzunluğu 130 mm, təkər bazası 113 mm artıb. Bu isə həm 5, həm də 7 nəfərlik salonun böyüdülməsinə imkan verib. Volkswagen yeni minivenin öz seqmentində ən çox yükdaşıma imkanı olması ilə öyünməkdə haqlıdır. Arxadakı kürsü sırasının qatlanması maşına 1980 litr yük daşımağa imkan verir. Şirkət həm də salonda yüksək keyfiyyətli materiallardan istifadə edildiyini bildirir. Məlumat-əyləncə sistemi isə Google Android Auto və Apple Car Play sistemlərini dəstəkləyir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, miniven tanış MGB platformasında yığılıb. Mühərrik sırasına 110-190 a.g. diapazonda bir neçə benzin və dizel aqreqatı daxildir.

2015 Volkswagen Touran martın 3-də 85-ci Cenevrə avtosalonunda nümayiş etdiriləcək. Sifarişlərin qəbulu yayda, satışlar isə ilin ikinci yarısında başlayacaq.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.