Maraqlı

Mercedes 6 "Oskar" aldı - FOTO

28 Fevral 2015 20:08
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nüfuzlu iF Design Award 2015 beynəlxalq müsabiqəsində Mercedes-Benz markalı altı avtomobil eyni zamanda qalib olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, iF Design Award beynəlxalq dizayn müsabiqəsi artıq 60 ildir ki, keçirilir və bütün dünya dizaynerləri üçün bir növ özünəməxsus "Oskar" hesab edilir. Bu il qələbə uğrunda müxtəlif nominasiyalarda 4500 -dən artıq iştirakçı mübarizə aparıb. Onları 22 ölkənin 53 dizaynerindən təşkil edilmiş münsiflər heyəti qiymətləndirib.

Maraqlıdır ki, "Avtomobillər" kateqoriyasında bu il eyni zamanda dörd Mercedes-Benz seriya modeli qalib gəlib. Xarici görünüşə görə mükafatlara miniven V-Class, sportkar Mercedes-AMG GT, subkompakt heçbek Smart Fortwo və dəbdəbəli kupe S-Class Coupe layiq görülüb.

Yeni Mercedes dizaynı həmçinin "Peşəkar konseptual layihələr" kateqoriyasında kupe Mercedes-AMG Vision Gran Turismo və Future truck 2025 magistral yedəkçi avtomobilləri timsalında da mükafat alıb. Xatırladaq ki, sonuncu model Hannoverdə keçirilmiş IAA-2014 "yük avtomobilləri avtosalonu"nun da ulduzu olmuşdu.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.