Maraqlı

Peugeot Partner dəyişdi - FOTO

28 Fevral 2015 23:15
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Peugeot şirkəti 2015-ci model ilinin az yenilənmiş Partner yığcam furqonu rəsmi məxvilikdən çıxarıb. Yenilənmiş model Cenevrə avtosalonunda nümayiş etdiriləcək.

Kiçik furqon Peugeot Partner 2015 yeni əsas işıqlandırma faraları, yenidən işlənmiş bamperlər, dəyişikliyə məruz qalmış radiator barmaqlığı və görünüşü dəyişdirilmiş qabarit işıqları əldə edib. Eyni dəyişikliklərə Citroen Berlingo da məruz qalıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yenilənmədən sonra Peugeot Partner 2015 yığcam şəhər furqonu əvvəlki kimi həm sərnişin, həm də yük daşma versiyalarında təklif ediləcək. Şəkillərdən də göründüyü kimi variantlardan biri də avtomobilin üstüaçıq arxa meydançalı olmasıdır.

Peugeot Partner 2015 yenilənmiş furqonun salonunda bundan əvvəlki modellə müqayisədə əməli olaraq heç bir dəyişiklik yoxdur. Yüngül kommersiya avtomobili yeni 7 düymlük sensor ekranlı məlumat-əyləncə kompleksi əldə edib.

Furqon həmçinin Mirror Screen funksiyası ilə də təchiz edilib. Bundan əlavə kommersiya avtomobili arxa görünüş kamerası, öndə parketmə məlumatlandırıcıları və şəhər avtomobil axınında frontal toqquşmanı önləmək üçün innovasiyalı Active City Brake sistemi ilə də təmin edilib.

Avtomobil bazarda 75, 100 və 120 a.g. hasil edən 1,6 litrlik yeni BlueHDi dizel mühərriki ilə təklif ediləcək. Benzin mühərrik sırası 1.6 VTi aqreqatı (98 və 120 a.g.) ilə təmsil olunub.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.