Maraqlı

Yeni modelin ilk FOTOları

1 Mart 2015 21:55
0 Şərh     Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mercedes-Benz Passion Blog saytında dərc edilmiş şəkillərdə donuq boz rəngli və karbon aksentlərlə (ön bamper, arxa diffuzor, yük yeri qapısı üzərində spoyler və yan ətəklrə) təchiz edilmiş sportkar nümayiş etdirilib. Edition 1 versiyasının buraxılacağı birinci il ərzində yalnız idman sedanı əlçatan olacaq. Avtomobil 19 düymlük eksklüziv AMG təkər diskləri və tərkibinə qara rəngli parıltılı detallar və xromlanmış xaricetmə boruları daxil olan AMG Night paketi əldə edib. Maşının salonunda qırmızı tikişli sırınma dəri kürsülər quraşdırılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kapotun altında 510 a.g. və 700 Nm fırlanma anı hasil edən 4,0 litrlik tvin-turbo V8 mühərriki yer alıb. Aqreqat 7 pilləli AMG SPEEDSHIFT MCT idman ötürücü qutu ilə birgə çalışır və sportkarın 0-100 km/saat sürətlənməsini 4 saniyədə təmin edir. Maksimal sürət 250 km/saat həddində elektron məhdudlaşdırılıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.