Maraqlı

Range Rover sportkara çevrildi - FOTO

28 Fevral 2015 21:45
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Martın 3-də Cenevrə avtosalonunda alman tüninq-emalatxanası Arden "qaynar" Range Rover - Arden AR9 Spirit təqdim edəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, maşının əldə etdiyi yeni asmanın tərkibinə işıqdiod işıqları olan ön bamper, genişləndirilmiş təkər tağları, kəndarlar və arxa bamper daxildir. Tağlar alçaq profilli Continental şinləri geyindirilmiş 22 düymlük Arden Dakar II döymə disklərinə uyğun xüsusi olaraq genişləndirilib. Dörd təkərdən ibarət komplektin qiyməti 5462 avrodur. Maşın həmçinin idman xaricetmə sistemi (1758 avro), salonun xüsusi dəri növləri ilə işlənməsi (5950 avro), idman sükanı (1993 avro), kandarlar üçün paslanmayan metaldan üstlüklər (2368 avro) və ayaqaltılar (hər biri 333 avro) əldə edib. Klirens 195 mm-dək azaldılıb (-25 mm).

Arden mühərrik ustaları güc aqreqatına da əl gəzdiriblər və indi beş litrlik V8 əvvəlki 510 a.g. və 625 Nm fırlanma anı əvəzinə 650 a.g. və 745 Nm hasil edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.