Maraqlı

Qadınlar hansı yaşda xoşbəxt olurlar

27 Fevral 2015 00:10
12 Şərh     Baxış: 7 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyalı alimlər qadınların ən xoşbəxt yaş dövrünü araşdırmağa çalışıblar. Məlum olub ki, qadınlar özlərini 90 yaşından sonra daha xoşbəxt hiss edirlər

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, alimlər bu barədə Osakada keçirilən elmi konfransda məlumat veriblər.

Araşdırma gündoğar ölkədə 70 yaşdan yuxarı qadınlar arasında sorğu formasında keçirilib. Sorğuda kişilər də iştirak ediblər. Araşdırmanın nəticəsi göstərib ki, yaşlı qadınlar özlərini yaşlı kişilərlə müqayisədə daha xoşbəxt hesab edirlər. Bununla belə, 90 yaşdan yuxarı olan qadınlar isə özlərini daha xoşbəxt sayırlar.

Tədqiqatda depressiyanın yoxluğu, insanın uzun müddət yaxşı əhval-ruhiyyədə qalması kimi bir sıra faktorlar nəzərə alınıb. Nəticələr ballarla qiymətləndirilib.

Xoşbəxtlik "şkalası" üzrə ən çox bal toplayanlar 90 yaşdan yuxarı qadınlar olub. Onlar 8,8 bal toplayıblar. 70 yaşlı qadınlar 7,4 bal, 80 yaşlı qadınlar isə 8,2 bal toplayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.