Maraqlı

Ölkəsi üçün qaradərili Barbi hazırladı - VİDEO - FOTO

31 Yanvar 2015 14:51
0 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mattel şirkətinin Nigeriyanı satışlar üçün prioritet məkanlardan biri saydığını düşünmürəm. Amma burada, ölkəmizdə Barbi kuklası çox populyardır. Bacımın qızı üçün də belə kukla almaq istədim. Qaradərili Barbi satışda yoxdu. Buna görə də özüm kukla yaratmaq qərarına gəldim".
 

Nigeriyada yaşayan 43 yaşlı Taofik Okoya ölkəsində çox populyar "Queens of Africa" kuklasının müəllifidir. Ölkədəki üç ən iri tayfanın ənənəvi paltarları geyindirilən bu kukla o qədər populyarlaşıb ki, Nigeriyada Barbidən çox satılır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Okoyanın kiçik sexi indi ayda təqribən 9 min kuklanı satışa çıxarır.
 

Təxmiən 7 dollardan satılan kukla barədə danışanda Okoya bildirib ki, məqsədi nigeriyalı qızların özləri ilə identifikasiya edə biləcəkləri oyuncaq yaratmaq olub.
 

Reuters-in məlumatına görə, Okoyanın əsəri Nigeriyadakı kukla bazarının 15 faizini "ələ keçirib".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.