Maraqlı

Şakiranın ikinci övladı oldu

30 Yanvar 2015 11:56
0 Şərh     Baxış: 2 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şakira və "Barselona"nın müdafiəçisi Xerard Pikenin ikinci övladları doğulub. "El Mundo" qəzeti cütlüyün ikinci oğullarının dünyaya gəldiyini yazır.

Bu barədə Trend Qazeta.ru-ya istinadən xəbər verir.
 

Məlumata görə, körpə dünən axşam anadan olub. Şakira qeysəriyyə əməliyyatı edilib, vəziyyəti yaxşıdır. Valideynləri uşağın adını hələ açıqlamayıblar.
 

Nəşr yazır ki, doğuşun baş tutduğu Barselona xəstəxanasında müğənni kənar gözlərdən qaçmaq üçün bütün mərtəbəni bağlatdırıb.
 

Bundan əvvəl verilən məlumata görə, Şakira və Pike oğulları Milana yeddi müxtəlif dil öyrətməyi planlaşdırırlar. Latın amerikalı ulduz əmindir ki, erkən yaşdan öyrədilən dillər onların iki yaşlı oğulları üçün faydalı olacaq.
 

Körpənin ana dili ispan dilidir.

Milli.AZ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.