Maraqlı

Bir gün dəli olacağam

31 Yanvar 2015 23:09
0 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Vaqif Səmədoğlunun şeirlərini təqdim edir.

Bir gün dəli olacağam
 

Bir gün dəli olacağam,

İcazə versələr əgər.

Gedəcəyəm baş götürüb

Evimizdən səhər-səhər...

Söysələr də, öz-özümə

Ürək verib susacağam.

Söyüşləri yaxam üstən,

Orden kimi asacağam.

Səni deyib yer üzünü

Qapı-qapı gəzəcəyəm.

Qürbətə, qapısız vətən,

Görən necə dözəcəyəm?

Yox, görürəm bu dünyada,

Mənə bir kəs gülməyəcək.

Qorxu tutmuş əllərimdən,

Dəlilik də gəlməyəcək.

Bu otaqda qalacağam

Vicdanımla təkbaşına,

Bircə ümid bəsləyərək

Dost-aşnanın göz yaşına.

Ana yurdum, torpağında

Bir ləpir izim qalmadı.

Doğuldu, öldü şairin,

Sənin xəbərin olmadı... 

Bir cüt ayaqqabı

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.