Maraqlı

Məşhur modelin simicliyi ələ salındı - FOTO

30 Yanvar 2015 12:50
0 Şərh     Baxış: 2 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznesin ulduzları və məşhurlar arasında pullarının qədrini bilməyib onları xəzan yarpağı təki səpələyənlərlə yanaşı, simicliyi təəccüb doğuranlar da var.
 

Belə simiclərdən biri də Britaniyanın ən məşhur modellərindən biri, dizayner Keti Praysdır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dişlərinin müalicəsi üçün 100 min funt-sterlinq, üç toyuna 450 min funt xərcləyən model 45 milyon funtluq gəlirə malikdir.
 

Buna rəğmən o, oğlunun Sasseksdən Londondakı məktəbə getməsi üçün dövlətin maliyyələşdirdiyi məktəb taksisi xidmətindən yararlanmaq üçün Sasseks qraflığının sosial təminat departamentinə müraciət edib.
 

36 yaşlı Keti Praysın dediyinə görə, oğlunun da pulsuz məktəb taksisindən istifadə etməyə tam hüququ var.

"12 yaşlı oğlum Harvi kordur, autizm xəstəsidir və yeriyə bilmir. O, Londonun cənub-qərbindəki Uimbldonda xüsusi məktəbdə oxuyur. Sasseksdən Londona hər gün gedib-gəlmək üçün oğlum niyə pulsuz məktəb taksisindən istifadə etməməlidir ki?! Vergiləri vaxtlı-vaxtında ödəyirəmsə, dövlətin xidmətindən də yararlanmalıyam", - 5 övlad anası olan Keti Prays deyib.
 

Harvi anasının futbolçu Duayt Yorkla izdivacında doğulub.
 

Əvvəllər Kent qraflığındakı Sevenouks şəhərində, evdən 45 dəqiqəlik məsafədə yerləşən məktəbdə oxumuş Harvi indi Londondakı məktəbdə təhsil alır.

Onun 9 yaşlı qardaşı Piter Andre və 7 yaşlı bacısı Prinsess isə illik təhsil haqqı 18 min funt-sterlinq təşkil edən elitar məktəbdə oxuyurlar.

Həmin məktəbi Keti Praysın indiki əri Kiran Hayler seçib.
 

Keti Praysın oğlu ilə bağlı belə simicliyi Britaniya mediasında məsxərəyə qoyulub.

Çünki 12 yaşlı Harvinin Londondakı məktəbə aparılıb-gətirilməsi üçün xüsusi taksi və ya avtomobil tutulardısa, Keti Praysın illik xərci 4 min funtdan artıq olmayacaqdı.
 

Amma model "bu məbləği tapa bilmədiyini" söyləyib.
 

Halbuki Keti Prays kiçik övladlarının dayəsi Emiliyə ildə 40 min funt, kosmetoloq və vizajistlərinə ayda 60 min funt, vəkillərinə və menecerlərinə ayda 120 min funt ödəyir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.