Maraqlı

Krallara layiq Bentley - FOTO

28 Yanvar 2015 23:20
0 Şərh     Baxış: 1 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bentley şirkəti Qətərdən olan alıcılar üçün Mulsanne sedanın Majestic adlı xüsusi versiyasını hazırlayıb. Yeni avtomobildən məhdud sayda - cəmi 15 nüsxə buraxılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Bentley Mulsanne Majestic kuzovu fil sümüyü rəngindədir və o 21 düymlük xüsusi alüminium disklər əldə edib. Salonda dəri kürsülər quraşdırılıb. Eyni zamanda burada tünd qəhvəyi ayaqaltılar, fərdi ştorlar və təbii ağacdan taxmalar diqqət çəkir. Arxa sərnişinlər üçün dəri yastıqlar və iPad planşetləri nəzərdə tutulub.

Bundan başqa xüsusi versiyanın təchizatına işıqlandırılan kəndarlar, soyuducu və həmçinin sərinləşdirici stəkan və fujerlər də daxildir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.