Maraqlı

Dağa qalxan ən yaşlı alpinist - FOTO

26 Yanvar 2015 16:22
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

75 yaşlı ispaniyalı alpinist Karlos Soriya mayın 18-də Kançencanqa (8586 m) zirvəsinə qalxıb

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, "14x8000" proqramı çarçivəsində 11-ci zirvəsini fəth edən Soriya bu dağa qalxan ən yaşlı alpinist oldu.

Hazırda K.Soriya yaşı 60-dan çox olan və dünyanın 14 "səkkiz minliyi"ndən doqquzunu fəth edən yeganə adamdır. O, yaşına baxmayaraq, indi də "14x8000" proqramı üzrə qalxmaları davam etdirir.

Karlosun arzusu - 14 "səkkiz minliyi" fəth edən ən yaşlı alpinist adını qazanmaqdır. Bu, həm də alpinizmin ən böyük nailiyyətlərindən olacaq.

Arzusuna çatmaq üçün idmançıya 3 zirvəni fəth etmək qalıb: Şişabanqma Əsas, Dhaulaqiri və Annapurna.

Qeyd edək ki, hazırda "14x8000" proqramını sona çatdıran ən yaşlı alpinist polşalı Pyotr Pustelnikdir. O, proqramı 2010-cu ildə 59 yaşında ikən bitirib.

Fevralın 5-də 76 illik yubileyini qeyd edəcək K.Soriya yaxınlarda yeni Himalay ekspedisiyası haqqında məlumat verib. Bu ilin yazında o, dünyanın hündürlükdə 10-cusu və ən təhlükəlisi olan Annapurna (8091 m) zirvəsinə qalxmağı planlaşdırır.

Karlos Soriyanın alpinist tarixinin bəzi məqamları:

1990-cu il: Nanqaparbat (8125 m), 51 yaşında;
1994-cü il: Qaşerbrum II (8035 m), 55 yaş;
1999-cu il: Ço-Oyyu (8201 m), 60 yaş;
2000-ci il: Everest (8848 m), 61 yaş;
2004-cü il: К2 (8611 m), 65 yaş;
2005-ci il: Mərkəzi Şişabanqma (8008 m), 66 yaşında - bu zirvə "14x8000" proqramına daxil deyil;
2007-ci il: Broud Pik (8047 m), 68 yaş;
2008-ci il: Makala (8465 m), 69 yaş;
2009-cu il: Qaşerbrum I (8068 m), 70 yaş;
2010-cu il: Manaslu (8156 m), 71 yaş;
2011-ci il: Lxotsze (8516 m), 72 yaş;
2014-cü il: Kançencanqa (8586 m), 75 yaş.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.