Maraqlı

Kök, balacaboy olmasına rəğmən, modelə çevrildi - FOTO

26 Yanvar 2015 10:54
0 Şərh     Baxış: 5 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənə deyəndə ki, çox kökəm, üstəlik, tösmərəyəm və balacaboyam, məndən model olmaz - çılğına döndüm. Onlara sübut etmək istədim ki, mənim kimi xanımlardan da model olar. Özü də elə olar ki..."
 

Çəkisi 117,9 kq, boyu 1,52 sm olan 29 yaşlı bu xanım özünü orta statistik, adidən adi qadın bilir.
 

Milli.Az The New York Daily News-a istinadən bildirir ki, ABŞ-ın Missisipi ştatında yaşayan 29 yaşlı Tess Holideyin arzuları çin olub. Dünyanın ən məşhur model agentliklərindən olan "MiLK Model Management" Tesslə əməkdaşlıq müqaviləsi imzalayıb.
 

Tess Holidey indi model biznesində ən böyük ölçülü, çəkili xanımdır.
 

"Model olmağı həmişə arzulamışam. Amma balacaboy, köç olduğumu gözəl bildiyimdən bu arzumun nə zamansa reallaşacağına ümidim azdı. Fəqət, arzum gerçəkləşdi. Çox bəxtəvərəm", - Lorel şəhərinin doğulmuş, 9 yaşlı oğul anası olan Tess Holidey söyləyib.

O, uğuruna əri Nikin də çox sevindiyini söyləyib.
 

"Hələ yeniyetmə olanda Atlantaya model olmaq üçün yollanmışdım. Boyumun balaca, çəkimin də izafi olduğunu deyib qəbul etmədilər. İndisə artıq modeləm. Aktiv həyat tərzim var. Sutkada ən azı 12 saat işləyirəm, gəzirəm", - Tess söyləyib.
 

Agentliyin menecerləri isə bildiriblər ki, Tesslə müqavilə imzalamalarının bir səbəbi də bu xanımın sosial şəbəkələrdə populyar olmasıdır. Belə ki, Tessin sadəcə İnstagram-dakı profilinin 311 mindən artıq daimi təqibçisi var.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.