Maraqlı

Qeyri-adi tərəvəz

25 Yanvar 2015 22:07
0 Şərh     Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyada yaşayan kəndçi Yukihiro İkeuchinin əkin sahəsində yetişən ayaq formalı turp görənlərin böyük təəccübünə səbəb olub.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, beş barmaqdan ibarət ayaq şəklindəki turp 1,5 kiloqram ağırlığında və 30 santimetr uzunluğundadır. İkeuchi turpun ölçüsünün 47 nömrəli ayaqqabıya bərabər olduğunu bildirib.

Belə qeyri-adi bir tərəvəzi hər kəsə göstərmək istəyən kəndçi turpu nümayiş etdirilməsi üçün əkinçilik muzeyinə təhvil verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.