Maraqlı

Bilirsinizmi?

25 Yanvar 2015 23:47
0 Şərh     Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Atalarımız doğru deyiblər: "Qulaq gündə bir söz eşitməsə, kar olar". Ömrümüz boyunca hər gün yeni bir şey öyrənirik. Bunlardan bəziləri bizim üçün lazımlı, maraqlı, bəziləri isə, lazımsız məlumatlardır. Yəqin ki, yazdığımız bu məlumatlar çoxları üçün maraqlı olacaq:

- Ən yavaş uzanan dırnaq baş barmağın dırnağıdır. Ən sürətli uzanan dırnaq isə orta barmaq dırnağıdır.

- Bitkilər fotosintez prosesini bir saata yaxın bir müddətdə dayandırsalar, dünyadakı bütün canlılar ölər.

- İnkişaf etmiş ölkələrin zibilliklərinə atılan yemək artıqları, dünyada aclıqdan ölən insanların 15 faizini bəsləyəcək qədərdir.

- Yetkin bir insanın gündəlik aldığı nəfəs sayı iyirmi üç mindir.

- Bir damcı qanda təxminən yüz milyon qan hüceyrəsi var. Bir damcı qanın içərisində hər saniyə iki milyona yaxın qan hüceyrəsi ölür və yenisi istehsal edilir.

- İnsan saçının bir teli üç kiloqram ağırlığı qaldıra biləcək gücdədir.

- Gülərkən yalnız 17, qaşqabaqlı olduğumuz zaman isə 52 ədəd üz əzələsi hərəkət edir.

- Bir dəqiqəlik gülmək 12 dəqiqəlik qaçışa bərabərdir. Gülmənin ağrıkəsici təsiri də vardır. Gülərkən beynə gedən qan axışı sürətlənir və bu zaman beyin problemlərinin böyük bir qismi həll olunur.

- Qaçaraq deyil, piyada gəzərək daha çox kalori yandırmaq olar.

- Karbon alıb oksigen verən bitkilər hər il dünya atmosferinə 140 milyon ton oksigen qazandırırlar. 100 yaşında və 25 metr hündürlüyündə olan bir ədəd fıstıq ağacının fotosintezlə çıxardığı oksigen, 10 adamın bir ildə istifadə etdiyi oksigenə bərabərdir.

- İnsan beyninin sağ tərəfi ictimai, sol tərəfi isə ədədi məlumatları daha yaxşı qəbul edir. Sevinib-kədərləndiyimiz zaman beynimizin sağ tərəfindən istifadə edirik.

- Gülmək ürəyi gücləndirər, nəbzi nizamlayır. Güldüyümüz zaman orqanizmimizə 14 qat daha çox oksigen sovrulur.

- Ayın üzərindəki temperatur Günəş tam zenitdə olarkən 117 dərəcə, Günəş batarkən 14 dərəcə, gecə isə -163 dərəcə olur.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.