Maraqlı

"Facebook"da dostluğu qəbul edilməyən 27 yaşlı qızdan inanılmaz hərəkət

21 Dekabr 2014 21:03
0 Şərh     Baxış: 3 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Reyçl Heys nənəsini döyüb
Amerikanın Florida ştatında 27 yaşlı Reyçl Heys nənəsini "facebook"da göndərdiyi dostluq təklifini qəbul etmədiyi üçün döyüb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, gənc qadın 72 yaşlı nənəsini döydüyü üçün həbs edilib. Bir övladı olan Reyçlin nənəsini döyən zaman sərxoş olduğu bildirilib. Bəzi yerli mənbələr bildirirlər ki, nənənin dostluq təklifini qəbul etməməsinə səbəb nəvəsinin paylaşdığı "kobud" paylaşmalar olub.

Təklifinin qəbul edilmədiyini görən gənc qadın gecə 3:40 radələrində nənəsinin evinə gedib və qapını açan qadına hücum edib. Bir neçə yumruqdan sonra Reyçlin əlindən qurtula bilən qadın evə qaçıb və polisə zəng edib. Gələn polislər Reyçli həbs ediblər.

Bildirilir ki, gənc qadın daha əvvəllər də həbs edilib. Buna səbəb onun içkili olduğu halda avtomobil idarə etməsi və insanlara qarşı saymamazlıq etməsi olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.