Maraqlı

Yeni il gəlir: Zodiak bürclərinin hədiyyə gözləntiləri

20 Dekabr 2014 14:54
0 Şərh     Baxış: 5 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az publika.az-a istinadən Zodiak bürclərinin hədiyyə gözləntiləri barədə maraqlı məlumatları təqdim edir.

Qoç
 
Qoçlar praktik varlıqdır və istifadə edə biləcəyi hədiyyəyə üstünlük verir. Onlar üçün əsas odur ki, hədiyyə məişətdə istifadə olunsun, ona görə də hədiyyə seçərkən bu fakta fikir verin. Qoçlara hədiyyə kimi pul, məişət texnikası və ya digər faydalı əşyalar olan yaddaş kartı, telefon, kəmər və əlcək verə bilərsiniz. Kişi Qoçlara alışqan, qəlyan, silah hədiyyə etməyiniz məsləhətdir. Qadın Qoçlar isə xəz-dəri əşyaları və təbii metal zinət əşyalarına üstünlük verir.
 
Buğa
 
Buğa gözəllik aludəçisidir, bununla yanaşı, onlar praqmatikdirlər. Ona görə də Buğalar üçün ucuz hədiyyə seçməyin. Buğalara bahalı əntiq əşya,  sanballı saat və aksesuar, məşhur rəssamların rəsm əsəri və digər təsirli əşyalar hədiyyə verə bilərsiniz. Kişi Buğaya hədiyyə kimi bahalı içki, qalstuk verə bilərsiniz. Qadın Buğa isə öz evini çox sevir. Ona görə də qadın Buğa evini yeni süfrə, qab-qacaq, texnika və məişət əşyaları ilə bəzəməyi də xoşlayır. Hədiyyə kimi onlara kosmetika, bahalı ətir və bijuteriya da verə bilərsiniz.
 
Əkizlər
 

Əkizlər çox aktiv və həyat sevən varlıqdır. Onlar intellektli olduğu kimi ikili naturaya məxsusdur. Ona görə də hədiyyəni onlara uyğun seçmək lazımdır. Yaxşı olardı ki, onlara iki hədiyyə verəsiniz. Axı Əkizlər ikili şəxsiyyətdən ibarətdir. Kişi Əkizlərə bahalı zaponka və ya qələm, intellektual stolüstü oyunlar verə bilərsiniz. Qadın Əkizlərə zinət əşyaları uyğundur. Lakin onlar nadir və eksklüziv hədiyyəni sevir. Bununla yanaşı, onlar macəra-hədiyyə də sevirlər. Məsələn, paraşütdən tullanış, göydələnin sonuncu mərtəbəsində şam yeməyi.
 
Xərçəng
 
Xərçənglər çox həssas və ehtiyatını görən naturadır. Siz onlara nə hədiyyə versəniz belə, əmin olun ki, o, hədiyyə Xərçənglərdə artıq var. Ona görə də Xərçənglərə hədiyyə seçərkən bir qədər beyninizi işə salın. Xərçənglərə əntiq əşya, sandıq, qravyura, həmçinin də qədimi kitab və zinət əşyaları verə bilərsiniz. Kişi Xərçəngə stolüstü lampa və ya bahalı markalı şərab şüşəsi verə bilərsiniz. Qadın Xərçənglərə talisman, boşqab, mirvaridən hazırlanmış bəzək əşyası və pərqu əşyalar verə bilərsiniz.
 
Şir
 

Şirlər alicənab insanlardır. Onlar hər bir hədiyyəni xoşlayır. Sizin onlara nə hədiyyə seçməyiniz vacib deyil. Əsas odur ki, hədiyyəni yaxşı bağlayıb yaxşı da təqdim edə biləsiniz. Kişi Şirlərə trofey silah, bahalı spirtli içki, qiymətli daş-qaşla işlənmiş üzük və ya qalstuk verə bilərsiniz. Qadın Şirlər bəzək və qiymətli daşlar, bahalı parfüm və avtomobilə üstünlük verirlər.
 
Qız
 
Qızlar yığcam, praktik və ünsiyyətcildirlər. Onlar hədiyyənin xarici görkəminə də fikir verirlər. Rəfə qoyulmayan hər bir hədiyyə qızlara uyğundur. Əsas odur ki, hədiyyəni istifadə edə bilsinlər. Kişi Qızlar telefon, noutbuk, rükzak və alət dəstinə önəm verir. Qadın cinsli qızlara hədiyyə kimi gün eynəyi, mətbəx avadanlığı və yataq dəstini hədiyyə edin.
 
Tərəzi
 
Tərəzilər gözlənilməzdir. Onlar cazibəli və hərdəmxəyal olurlar. İncəsənət, orijinallıq və zərifliyi xoşlayır. Ona görə də Tərəzi bürcündən olan insanlara əldə düzəldilmiş hər hansı bir hədiyyə verin. Məsələn, onların şərəfinə yazılmış şeir, musiqi əsəri. Kişi Tərəzilərə kitab, bahalı bilərzik, yüksək keyfiyyətli çay verin. Qadın Tərəzilər isə hədiyyə kimi kosmetika və bəzək əşyası, əlcək və ya şərf, zərif baş örtüyü, çanta və bahalı ətirlərə önəm verir.
 
Əqrəb
 
Əqrəblər fəal və tələbkar naturadır. Əgər verdiyiniz hədiyyə onların xoşuna gəlməsə, siz bunu yerindəcə biləcəksiniz. Ona görə Əqrəblərə əntiq əşya, brilyant və daşlardan hazırlanmış zinət əşyası, əqrəb işarəsi olan kulon verməyiniz məsləhətdir. Kişi Əqrəblərə silah, ekzotik şərq suveniri və erotik xarakterli hədiyyə verin.  Qadın Əqrəblərə isə ətir və erotik alt paltarı hədiyyə edin.
 
Oxatan
 
Oxatanlar lider və fərqli insanlar olur.  Onlara hədiyyə kimi məzəli hədiyyə, kitab verin və ya ekzotik ölkəyə səyahət təşkil edin. Kişi Oxatanlara onları centlmen kimi göstərə biləcək istənilən hədiyyəni vermək olar. Qadın Oxatanlara isə bahalı ətir, bijuteriya, idman zalı və ya hovuza abunə bileti verin.
 
Oğlaq
 
Oğlaqlar ambisiyalı və qənaətcil insanlardır. Bu bürcün nümayəndələrinə kəmər, zaponka, çətir, zinət əşyaları və saat verə bilərsiniz. Kişi Oğlaqlar hədiyyə sertifikatı və pula önəm verirlər. Qadın Oğlaqlar nadir hədiyyələr kimi nənədən qalma zümrüd və yaqut qaşlardan hazırlanmış bəzək əşyasını xoşlayırlar.
 
Dolça
 
Dolçalar gözlənilməz adamdır. Onlar üçün hədiyyəni eksklüziv mağaza və ya  ekzotik dünya ölkələrinin bazarında axtarın. Kişi Dolçalara heykəl, xiromantiya üzrə kitab, qədim gözmuncuğu hədiyyə edin. Qadın Dolçalara isə dizayner geyimi və ya səyahət bileti hədiyyə edin.
 
Balıqlar
 

Balıqlar sakit və həssas naturadır. Onlar üçün hədiyyənin nədən ibarət olması önəmli deyil. Əsas odur ki, hədiyyə səmimi təqdim olunsun. Kişi Balıqlara konsertə bilet, kolleksiya üçün silah və ya musiqi diskləri verin. Qadın Balıqlar bahalı geyim, şüşədən hazırlanmış heykəlcik və intim xarakterli hədiyyələrə əhəmiyyət verirlər.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.