Maraqlı

Diktator kinoçəkənləri qorxuda bilmədi - VİDEO

20 Dekabr 2014 11:55
0 Şərh     Baxış: 1 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sony Entertainment şirkəti terror hədələri ucbatından təqdimatı təxirə salınmış, Şimali Koreya diktatoru Kim Çen In haqqında "Müsahibə" filmini təqdim etmək fikrindən daşınmayıb. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə Sony Entertainment şirkətinin baş direktoru Maykl Linton məlumat verib.

Filmin kinoteatrlarda nümayişi mümkün olmayıb. Ancaq alternativ platformalarda nümayiş baş tutacaq.

Qeyd edək ki, "Müsahibə" filminə görə Şimali Koreyadan olan hakerlər dəfələrlə Sony Entertainment şirkətinin serverlərinə hücum edərək məlumatları siliblər. Bundan başqa, terror hədələri də olub.

Ötən gün ABŞ prezidenti Barak Obama bildirib ki, "Müsahibə" filminin nümayişinin təxirə salınması böyük səhvdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.