Maraqlı

Atası Riannanı biabır etdi - FOTO

20 Dekabr 2014 13:19
0 Şərh     Baxış: 2 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyaca məşhur müğənni, amerikalı Riannanın atası Ronald Fenti qızını rüsvay edib.

Riannanın yaratdığı "Clara-Lionel Foundation" xeyriyyə fondunun ABŞ-ın Kaliforniya ştatındakı Santa-Monika şəhərində keçirdiyi "Clara Diamond Ball" gecəsinə boşadığı xanımı, Riannanın anası Monika Breytuaytla qatılan Ronald Fenti sərxoş idi.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Beverli-Hillsdəki xeyriyyə gecəsində dava salan Fentini qovublar.

26 yaşlı Riannanın 61 yaşlı atasının dediyinə görə, qızı 2013-cü ildə 56 min dollar verərək onun Malibudakı reabilitasiya mərkəzində müalicəsini ödəmişdi.
 

"Bu hadisənin baş verdiyinə görə təəssüflənirəm. Gərək o gün içməyəydim. Riannanın mənə qəzəbləndiyini düşünürəm. Hələlik bu barədə danışmamışıq. Amma halım ağırdı, depressiyada idim və buna görə içmişdim, - Ronald Fenti söyləyib. - Viski içmişdim. Büdrədim. Orada bir-iki məşhurla qarşılaşdım, söhbətləşdik. Sonra sabiq arvadım mənə tərs-tərs baxdı, axırda da mühafizəçilər məni çölə çıxardılar. Dava salıb qızımın nüfuzuna zərbə vurmamağımı istədilər".
 

Ronald Fenti tədbirdən qovulandan az sonra Riana xeyriyyə gecəsinə qatılıb.
 

O, anası Monika, qardaşları Rajad Rorri, habelə nənəsi və xalası ilə birlikdə fotolar çəkdirib.
 

Riannanın atası əvvəllər narkoman olub. O, kokain asılılığından qurtulmaq üçün müalicə kursu keçsə də, əyyaşlığa başlayıb.

Riannanın 14 yaşı olanda valideynləri boşanıblar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.