Maraqlı

850 at güclü Mercedes - FOTOSESSİYA

19 Dekabr 2014 23:20
0 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Brabus" tüninq atelyesi sedan "Mercedes-Benz S63 AMG"-nin yeni versiyasını təqdim etdi. Əsas dəyişikliklər avtomobilin texniki tərkibinə yönəlib. Satışların başlanğıcı kimi yeniliyin qiyməti də məlum deyil. 

Milli.Az auto.az-a istinadən bildirir ki, sedanın "yüklənmiş" versiyasının kapotunun altında 5,5 litrlik V8 mühərriki quraşdırılır. Mühərrikin gücü 850 a.g. və 1450 Nm fırlanma anıdır. İlkin məlumatlara görə avtomobilin maksimal sürəti 400 km/saat təşkil edəcək. 

Avtomobilin dizaynı daha aqressiv olub. Yeniliyin banı qızılı rəngə boyanıb. Sedanın salonu müxtəlif dəri və karbon lifi ilə işlənib. Xatırladaq ki, "S63 AMG"-nin adi versiyası keçən yay təqdim olunub. 

Avtomobil faydalı iş əmsalı 585 a.g.-dək artırılmış 5,5 litrlik turbolaşdırılmış V8-lə komplektləşdirilir. 

Arxa ötürücülü sedan yerindən 100 km/saata 4,4 saniyəyə sürət yığır. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.