Maraqlı

Brabus-dan yeni Mercedes - FOTO

21 Dekabr 2014 20:56
0 Şərh     Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Üçoxlu pikap "Mercedes G63 6×6"-nın adi mülki avtomobillər arasında yüksək səviyyəli keçiciliyə malik olduğuna baxmayaraq, "Brabus" atelyesində bu yolsuzluq avtomobili hər yerdə gedə bilən avtomobilə çevirməyə çalışdılar və onun üçün tüninq-paket hazırladılar. 

Milli.Az auto.az-a istinadən bildirir ki, lakin yolsuzluqla hərəkət etməyə hazırlanmış alman pikapı həmin möhtəşəm brutal avtomobil olaraq qalır. Avtomobilin qiyməti yarım milyon avrodur. 

Böyük pikap qabaq fənərlərin mühafizəsindən başqa karbon qanadlar, yenidən işlənmiş arxa bamper, damda projektorları olan yük yeri, ban günlüyü və çay keçidlərində mühərrikin dayanmasnın qarşısını alan şnorkel əldə etdi. 

Bundan başqa, daha enli yan ayaqaltıları, əlavə mühafizə plastinləri quraşdırılıb və asılqan tamamlanıb. Hərəkət zamanı şinləri doldurma kompressoru nəticəsində deşilmə qorxulu deyil. 

Tünerlər hətta 5,5 litrlik V8 mühərrikinin məhsuldarlığını 700 a.g.-nə çatdırdılar və pikapın daxilini yenilədilər. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.