Maraqlı

4 övlad anası dünyaca məşhurlaşdı - VİDEO - FOTOSESSİYA

19 Dekabr 2014 12:04
0 Şərh     Baxış: 4 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dostlar, hamınıza təşəkkür edirəm! Belə məşhurlaşacağımı, populyarlaşacağımı düşünməzdim. Hər birinizə minnətdaram".
 

ABŞ-ın Los-Anceles şəhərində yaşayan 4 övlad anası Kendi Conson onun barəsində The Daily Mail qəzetinin bugünkü sayında dərc olunmuş məqaləni böyük uğur sayır.

Kendini məşhurlaşdıran isə onun YouTube-dakı kanalı və İnstagram-dakı profilidir.
 

Milli.Az bildirir ki, Kendi Consonun YouTube-dakı kanalının 2,509 milyon, İnstagram-dakı profilinin isə 725 min daimi təqibçisi var.

Peşəkar vizajist olan Kendi, sadəcə, kosmetikadan istifadə edərək simasını transformasiya edir və özünü Hollivudun məşhur filmlərindəki obrazlara bənzədir.
 

Kendi Conson sosial şəbəkələrdə məşhurlaşana qədər bloqerdi. Onun bloqu kosmetika, kulinariya, moda və ümumiyyətlə, orta statistik xanımı maraqlandıran məqamlarla bağlıdır.
 

"Əldə etdiyim uğurlara özüm də inanmağa çətinlik çəkirəm. Orta məktəbdə oxuyanda qaraqabaq adamdım. Hətta fasilədə məktəb yeməkxanasında nahar masası arxasında mənimlə oturan rəfiqəm də yoxdu. İndisə milyonlarla insan məni izləyir", - Kendi Conson bildirib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.