Maraqlı

Obama ilin ən yaxşı filminin adını çəkdi

18 Dekabr 2014 23:38
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"People" jurnalına ilin yekunları ilə bağlı müsahibə verən ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama şəxsi həyatları ilə bağlı da danışıblar.

Milli.Az kulis.az-a istinadən bildirir ki, Obama Riçard Linklaterin çəkdiyi "Uşaqlıq" filminin ("Boyhood") bu il izlədiyi ən yaxşı film olduğunu deyib.

Xanım Obamanın favoriti isə Cillian Flinnin əsəri əsasında çəkilmiş "İtmiş qız" ("Gone girl) filmidir.

Obama deyib ki, "Uşaqlıq" şahanə filmdir və bu il izlədiklərinin arasında ən yaxşısıdır. ABŞ prezidenti xüsusi vurğulayıb ki, həyat yoldaşının filmlərə marağı azdır.

Sevdiyi film haqqında danışan Mişel isə bunları söyləyib: "Bir neçə il bundan qabaq "İtmiş qız" romanını oxumuşdum. Çox sevmişdim əsəri. Məncə, əsər filmdən daha yaxşıdır".

Müxbirin "Axırıncı dəfə hansı mahnının sədaları altında rəqs etmisiniz?" sualına Mişel belə cavab verib: "Həmin gecə Barak DJ-imiz idi. Aretha Franklinin "Rock steady"si ilə başladıq. Gecəni Al Green ilə bitirdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.