Maraqlı

Rianna direktor oldu - FOTO

18 Dekabr 2014 12:21
0 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Rianna Almaniyanın "Puma" şirkətinin kreativ direktoru vəzifəsinə təyin olunub.
 

Milli.Az Women's Wear Daily-yə istinadən bildirir ki, 26 yaşlı müğənni bundan belə şirkətin yeni qadın geyimləri və ayaqqabıları kolleksiyalarının hazırlanmasında iştirak edəcək.
 

"Puma"nın Almaniyanın Hersoqenaurax şəhərində yerləşən mərkəzi ofisinə dekabrın 15-də yollanmış Rianna orada həmkarları və iş prosesi ilə tanış olub.
 

"Bu brendin gənc andeqraund dizaynerləri ilə işindən xoşum gəlir. Bura əsl mənə uyğun iş yeridir", - Rianna deyib.
 

"Puma"nın icraçı direktoru Byorn Quldenin sözlərinə görə, brend xanımlar üçün kolleksiyalara xüsusi diqqət verir: "Bu səbəbdən də Rianna ilə müqavilənin imzalanması bizim üçün fantastik uğurdur".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.