Maraqlı

Ən bahalı yemək dəsti satılır - FOTO

18 Dekabr 2014 18:15
0 Şərh     Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada Milad bayramı ilə əlaqədar olaraq ölkə tarixində ən bahalı yemək və içki dəsti satılmağa başlanıb. Toxunma zənbildəki bu ərzaq və içki dəstinin qiyməti 85650 funt-sterlinq, yəni təqribən 134500 dollardır.
 

Milli.Az bildirir ki, dəsti hazırlayaraq satışa çıxarmış "VeryFirstTo" şirkəti lüks hədiyyələr satışlarında ixtisaslaşıb.
 

Dəstə albinos beluqa balığının 250 qramlık kürüsü, 600 qram fua-qra, 100 qram ağ trüfel, hisə verilmiş qızıl balıq, böyk konfet qutusu, tort və s. daxildir.
 

Dəstdə 5 şüşə spirtli içki, o cümlədən butulkası 47 min dollarlıq "Jules Robin" konyakı, habelə 1981-ci ildə şahzadə Çarlz və şahzadə Diananın toyunda qonaqlara verilmiş şampan şərabı da var.
 

Şirkətin açıqlamasında bildirilir ki, hər sifarişdən 1000 funt-sterlinq "The Prince's Trust" xeyriyyə fondunun hesabına keçiriləcək. Bu fond kasıblara ali təhsil almağa yardım edir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.