Maraqlı

Dünya ilə bağlı qorxulu açıqlama!

17 Dekabr 2014 23:39
2 Şərh     Baxış: 7 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qısa müddətdə dəniz səviyyəsi 7 metr qalxa bilər
Okeanda su səviyyəsi proqnozlaşdırıldığından daha sürətli qalxır.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu fakt Qrenlandiya buzlaqları ilə bağlı aparılan iki ayrı tədqiqat nəticəsində ortaya çıxıb. Geniş buzlaqlarda baş verən dəyişiklikləri izləyən NASA-nın təqdim etdiyi göstəricilər əsasında, alimlər buzlaqların necə əriyib dənizə daxil olduğunun ən təfsilatlı görüntüsünü ərsəyə gətirib.

Bu eyni zamanda suyun buzlaqların dibinə necə yığıldığını daha yaxşı anlamağa imkan verir. Hazırkı Qrenlandiya buzlarının ərimə modelləri əsasında, təqdiqatçılar bütün Qrenlandiya buzlağının necə okean suyuna çevriləcəyini proqnozlaşdırıb.Yeni tədqiqatlarda alimlərin yanaşması çox sadədir Alimlərin hesablamalarına görə, Qrenlandiya buzlağı bütövlükdə ərisə, dünyada dəniz səviyyəsi 7 metrdən çox qalxacaq, dünyanın sahilyanı şəhər kəndləri su altında qalacaq.

Tədqiqatçılar daha yüksək dəqiqlikli modellər hazırlamaq üçün Qrenlandiyada olan bütün 242 buzlağı həmçinin, buzlaqların altına yığılan suları tədqiq etməyi planlaşdırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.