Maraqlı

Hazırlaşın: havalar çox pisləşəcək - FOTO

27 Noyabr 2014 10:13
2 Şərh     Baxış: 15 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yer kürəsində qlobal iqlim dəyişiklikləri sürətlə davam edir və proses əsrin sonunadək dayanan deyil. Hava şərtlərinin ekstremal qaydada dəyişməsi mərhələlərlə olacaq. İstiləşmə soyuqlaşma, daşqınlar və sellər quraqlıqlarla əvəzlənəcək.

21-ci əsrin sonunadək qlobal miqyasda ən azı 10 böyük quraqlıq, bir o qədər də daşqınlar, sunamilər və sellər olacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Kral Cəmiyyətinin (Royal Society) hazırladığı hesabatda belə deyilir.
 

Britaniyalı alimlərin fikrincə, hava şərtlərinin kəskin dəyişməsi və ekstremal iqlim "yenilikləri" yaxın illərdə daha intensiv olacaq, indi subtropik iqlim qurşağında yerləşən ölkələrdə havalar pisləşəcək.
 

Yaxın 90 ildə insan həyatı üçün çox təhlükəli olan iqlim dəyişiklikləri, xüsusilə də havaların həddən artıq istiləşməsi az qala normaya çevriləcək.

Avropa ölkələrində yay aylarında bürkülər və həddən artıq isti havalar "norma"ya çevrilə bilər.

Eyni zamanda, qışda ekstremal soyuqlar və şaxtalar da gözlənilməz olmayacaq.
 

Asiya, Afrika, Avstraliya, Cənubi və Şimali Amerikalarda iqlim dəyişiklikləri insanların həyatı üçün real təhlükə mənbəyinə çevriləcək.

Baş verəcək proseslər xüsusilə də yaşlı adamlar üçün təhlükəlidir.
 

"2100-cü ilədək dünyanın bir çox ölkələrində quraqlıq, bürkü, havaların həddən artıq isti keçməsi adi hala çevrilə bilər. İndiki dövrlə yanaşı, sel və daşqınların sayı 4 dəfə artacaq. Hazırda yay aylarının yetərincə sərin keçdiyi ölkələrdə iyun, iyul, avqust və sentyabr aylarında havanın orta temperaturunun 38,5 dərəcə olacağı gözlənilir. Yay aylarında havaların çox isti keçməsi açıq havada işləməyi çətinləşdirəcək. Bu isə kənd təsərrüfatına, ərzaq məhsullarının istehsalına xüsusilə ağır və mənfi təsir edəcək. Yaxın illərdə bəşəriyyəti olduqca çətin sənələr, ağır sınaqlar gözləyir", - hesabatda deyilir.
 

Hesabat müəlliflərindən biri, Ekseter Universitetinin professoru Piter Koksun dediyinə görə, əhalinin aztəminatlı, yaşlı təbəqəsi iqlim dəyişikliklərindən daha çox ziyan görəcək: "Havaların ifrat istiləşməsi və ya soyuması qlobal miqyasda iqtisadi problemlərlə yanaşı, xəstəliklərin də sayını artıracaq. Bu bəlaların çarəsini indidən aramalı, problemləri həll etməyə çalışmalıyıq. Əks təqdirdə, çox gec ola bilər".
 

Uillis Elmi-Tədqiqat Şəbəkəsinin (Willis Research Network) rəhbəri, hesabat müəlliflərindən biri Rouen Duqlas hesab edir ki, bundan sonra istisnasız olaraq bütün dövlət qurumları və şirkətlər qlobal iqlim dəyişikliklərinin fəsadlarını, mümkün sonuclarını nəzərə almalıdırdar. Xüsusilə də inşaat işlərində, layihələndirmə prosesində ən xırda nüanslar belə, hesablanmalıdır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.