Maraqlı

Milyarderdən boşandı, başqa milyarderi məhkəməyə verdi - FOTO

27 Noyabr 2014 10:38
0 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynalı milyarder İqor Françukun keçmiş arvadı Tatyana Françuk ikinci ərindən də boşanır. O, Portuqaliyanın ən varlı iş adamlarından biri, 46 yaşlı inşaat maqnatı Manuel Kuto Alveşi məhkəməyə verib.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, boşanma ilə bağlı iddia ərizəsi London şəhər Kral Məhkəməsinə təqdim olunub.

Sabiq supermodel Tatyana Françukun dediyinə görə, ikinci əri Manuel Kuto Alveş ona xəyanət edir və bununla bağlı sübutları var.
 

37 yaşlı T.Françuk boşanmaqla bahəm, mənəvi təzminat qismində 100 milyon funt-sterlinq tələb edir.

Tatyana Françuk ilk nikahdan olan iki yeniyetmə oğlu ilə birlikdə Londonda yaşayır.
 

T.Françukun ikinci ərinə qarşı qaldırdığı iddia təmin edilərsə, Britaniya tarixində ən bahalı boşanma prosesi olacaq.

2011-ci ildə rusiyalı milyarder Boris Berezovskinin arvadı Qalina Beşarova onu məhkəməyə verərək boşanmışdı. Həmin proses Britaniyanın "ən bahalı boşanması" sayılmışdı.
 

2006-cı ildə milyarder Con Çermen boşadığı arvadı Beverliyə mənəvi təzminat qismində 48 milyon funt-sterlinq ödəmişdi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.