Maraqlı

Sadəcə, 13-dən biri - FOTO

27 Noyabr 2014 11:24
0 Şərh     Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağ aslanlar təbiətin ən nadir heyvanlarından biridir. Albinos yırtıcılardan hazırda vur-tut 13-ü mövcuddur.

Cənubi Afrikadakı Böyük Timbavati bölgəsində ağ dişi aslan özü rəngdə balasını doğub və bu da unikal hadisədir.

Üstəlik, həmin balaca ağ yırtıcının fotoları da yetərincə nadir sayıla bilər.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ağ aslan balası 6 böyük aslan və iki balacadan ibarət praydda yaşayır.
 

Çox nadir fotoların müəllifi isə Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində yaşayan 39 yaşlı fotoqraf Skott Ramseydir.
 

Onun dediyinə görə, bu ağ aslanlar ciddi mühafizə olunmalıdır: "Brakonyerlər onları ovlamağa çalışırlar. "Qara bazar"da ağ aslanın dərisi ən azı 200 min dollara satılır".
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.