Maraqlı

Tehran metrosunda hicablı qız rəqs etdi - VİDEO - FOTO

27 Noyabr 2014 11:36
4 Şərh     Baxış: 5 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın paytaxtı Tehranın polisi indi bu qızı arayır.

Tehran metrosundakı vaqonlardan birində hicablı qız "Little Mix" qrupunun "Salute" mahnısının sədaları altında rəqs edib. Olayın videosu sosial şəbəkələrdə sürətlə yayılır.
 

Milli.Az bildirir ki, hicablı qız İranda qadın hüquqlarının pozulduğunu iddia edərək "Qadınların ictimai yerlərdə rəqslərinə və çadrasız, hicabsız peyda olmalarına etirazım bu rəqsimdir" deyib.
 

Video ilk əvvəl Facebook-dakı "My Stealthy Freedom" səhifəsində yerləşdirilib, sonra paylaşılıb və populyarlaşıb.
 

İranın hakimiyyət dairələri və din xadimləri qadınların ictimai yerlərdə "həddən artıq azad davranmalarına" qarşıdır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.